Xames Rodriqes: Falkao “Real”a ideal uyğun gəlir
01.08.2014 - 06:44
Xames Rodriqes: Falkao “Real”a ideal uyğun gəlir

 

“Real Madrid”in yeni transferi Xames Rodriqes komandası üçün transfer bazarlığına girişib. Apasport.az saytının məlumatına görə, o, Kolumbiya millisindəki komanda yoldaşı Radamel Falkaonun “Real”a ideal uyğun gəldiyini bildirib.

 

Qeyd edək ki, bundan əvvəl İspaniya mətbuatı “Real”ın Falkaonun 1 illik icarəsi ilə bağlı “Monako” ilə razılığa gəldiyini bildirib. Müvəqqəti transferin qiymətinin 12 milyon avro olduğu iddia edilir. Bundan əlavə, “Real” futbolçunu tam almaq hüququ da qazanacaq.

 

Rodriqes Falkaonun “Real”da oynaya biləcəyinə əmin olduğunu qeyd edib: “Amma mən bu məsələni həll edə biləcək şəxs deyiləm. Bu, klub prezidentinin səlahiyyətindədir. Buna baxmayaraq, deyə bilərəm ki, o, komandamıza uyğundur. Radamelin bunun üçün bütün keyfiyyətləri və qalib ruhu var”.

 

Radamel Falkao “Monako”ya 2013-cü ildə “Atletiko Madird”dən keçib.