“Barselona”nın yarımmüdafiəçisi Xavi Ernandes daha yarım il komandada qalmaq barədə qərar qəbul edib. Apasport.az saytının məlumatına görə, onu komandada qalmağa baş məşqçi Luis Enrike razı salıb.
34 yaşlı futbolçu yanvarda Amerikanın “Nyu-York Siti” klubu ilə müqavilə bağlamaq niyyətindədir. Gözlənildiyinə görə, Xavi ABŞ klubu ilə 2+1 sxemi ilə müqavilə imzalayacaq.
Bundan əvvəl Xavinin yay mövsümündə “Barselona”nı tərk etmək istədiyi bildirilirdi. Amma yeni baş məşqçi Luis Enrike komandanın liderlərindən birini saxlamağa çalışırdı. Bu həftənin əvvəlində Xavi Luis Enrike və “Barselona”nın prezidenti Xosep Mariya Bartomeu ilə görüş keçirib və komandanı tərk etmək qərarını təxirə salıb.