Xavi “Barselona”nı tərk edir?
17.06.2014 - 22:26
“Əl-Ərəbi” klubunun baş məşqçisi Dan Petresku “Barselona”nın futbolçusu Xavinin Qətər komandasına keçə biləcəyini bildirib. Apasport.az saytının məlumatına görə, Petresku 34 yaşlı yarımmüdafiəçi ilə şəxsən danışdığını da iddia edib: “Xavi “Əl-Ərəbi” ilə ilkin müqavilə imzalayıb. Güman edirəm ki, ona digər klublardan da təkliflər var. Mən onunla şəxsən telefonla danışmışam. Danışandan sonra başa düşdüm ki, Xavi adi insandır. Heçab edirəm ki, “Əl-Ərəbi” ona ildə 8 milyon avro verə bilər”.
0
0