Xavi: Messidən əl çəkin
22.04.2014 - 04:17
Xavi: Messidən əl çəkin

“Barselona” futbol klubunun yarımmüdafiəçisi Xavi komandanın lideri Messinin müdafiəsinə qalxıb. Apasport.az saytının məlumatına görə, o, “Atletik” ilə oyundan sonra argentinalı futbolçuya həddən artıq böyük təzyiqin olduğunu bəyan edib.

 

Xavi bildirib ki, Messidən həddən artıq çox şey istəyirlər: “Onu rahat buraxın və işini görməyə imkan verin. Belə təzyiq altında heç bir futbolçu normal oyun göstərə bilməz. “Atletik” oyuna gəldikdə isə biz qalib barədə sualları daha tez aradan qaldırmalıydıq. Amma yenə də yaxşı oynadıq. Biz 3 xal götürərək çempionatda qələbə şansımızı qorumalıydıq. Biz göstərdik ki, xarakterimiz var”.