Karyerasını “Barselona”da davam etdirmək qərarı qəbul edən Xavi böyük futboldakı 16 il ərzində heç nəyə təəssüf etmir. Apasport.az saytının məlumatına görə, futbolçunun yerinə yetməyən ancaq bir arzusu olub.
Xavi etiraf edib ki, “Mançester Yunayted”in əfsanəsi Pol Skoulzla bir yerdə futbol oynaya bilməməsinə təəssüf edir: “Mən İspaniya millisi və “Barselona” ilə əldə etdiyim titullar, bir yerdə oynadığım böyük futbolçular barədə düşünəndə, təəssüf etməli heç nə tapa bilmirəm. Amma yəqin ki, kimik təəssüf hissi var: mən Pol Skoulzla bir yerdə oynaya bilməmişəm. Amma bir şey də var: mən heç bir zaman “Barselona”nı, Skoulz isə “Mançester Yunaytedi” tərk etmək barədə düşünməmişik. Ona görə də, bizim bir yerdə oynamağımız alınmayıb».