İspaniya futbolunun ulduzu Xavi Ernandles bir daha millinin formasını getməyəcək. Apasport.az saytının məlumatına görə, bu barədə futbolçu özü açıqlama verib.
Futbolçu azarkeşlərə təşəkkür edib: “Mən beynəlxalq futbol karyerama son qoymaq qərarına gəlmişəm. Bu illər ərzində məni dəstəkləyənlərə minnətdaram. Keçirilən illərə görə minnətdaram. Bu doğrudan da fantastik illər idi”.
Xavi “Barselona”da qalmaq qərarına da aydınlıq gətirib: “Ötən mövsüm mənim üçün yaxşı olmadı. Mən “Barsa”da və millidə ehtiyat oyunçular skamyasında oturanda, özümü faydasız hesab edirdim. Buna görə də yenilik axtarışında harasa getmək qərarına gəldim. Amma bu qərar tələsik qərar idi. Andonio Subisaretta və xüsusilə də baş məşqçi Luis Enrike ilə söhbətdən sonra qərarımı dəyişdim. Luis Enrike bu məsələ həlledici şəxsdir. Biz açıq söhbət etdik. Mənim digər futbolçular kimi eyni şansım var və sıfırdan başlayıram”.