Xavier Hernandes İngiltərədə qala bilər
19.07.2015 - 23:36
Xavier Hernandes İngiltərədə qala bilər

Müqavilə ilə “Mançester Yunayted”ə məxsus olan, ötən mövsümü isə icarə əsasında “Real”da keçirən Xavier Hernandesin taleyinə aydınlıq gəlmək üzrədi. Apasport.az saytının məlumatına görə, meksikalı hücumçu ilə “Tottenhem” ciddi maraqlanır.

 

 

Londonlular “Çiçarito”nun transfer hüquqlarına daimi əsasda sahib olmaq istəyir.

 

 

Qeyd edək ki, 27 yaşlı futbolçu ötən mövsüm “kral klubu”nun heyətində 23 oyunda meydana çıxıb və 7 dəfə fərqlənmək imkanı qazanıb.