Halilhodjiç: Məyusam
17.06.2014 - 23:09
Halilhodjiç: Məyusam

Əlcəzair milli komandasının baş məşqçisi Vahid Halilhodjiç Belçikaya qarşı oyunun nəticəsindən məyusluğunu gizlətməyib. Apasport.az saytının məlumatına görə, Əlcəzair komandası ilk oyununda Belçikaya 2:1 hesabı ilə məğlub olub.

 

Halilhodjiç belçikalıların gözəl oynadıqlarını bildirib: “Onlar durmadan təzyiqi artırırdılar və hücum edirdilər. İkinci qolda kiçik şübhəm var. Amma bu, ümumi mənzərəni dəyişmir. İkinci hissədə rəqib fiziki cəhətdən üstün idi. Mən məyusam”.