Xerardo Martino Argentina millisinə gətirilir
17.07.2014 - 06:12
“Barselona” futbol klubunun keçmiş baş məşqçisi Herrardo Martinonun bir çox klubların təklifindən imtina etməsinin səbəbləri bəlli olub. Apasport.az saytının məlumatına görə, argentinalı mütəxəssis ən yaxın zamanda Argentina millisinin baş məşqçisi postuna gətiriləcək.
Paraqvay futbol assosiasiyasının vitse-prezidenti Federiko Akosta Martino məsələsinə aydınlıq gətirib: “Biz Martinonu Praqay millisinin baş məşqçisi postuna qaytarmaq istəyirdik. Amma Herrdo Argentina yığmasını çalışdıracağı ilə bağlı söz verib”.
0
0