Xorvatiya yığmasının və Zaqreb “Dinamo”sunun yarımmüdafiəçisi Onqen Vukoyeviç milli karyerasına son qoyub. Apasport.az xəbər verir ki, bu barədə 30 yaşlı yarımmüdafiəçinin özü yerli mətbuata açıqlamasında deyib.
AVRO-2016-nın seçmə mərhələsində Azərbaycan yığmasının rəqiblərindən olan xorvatların 30 yaşlı üzvü bildirib ki, millidən ayrılmaq zamanı çatıb: “Millidə 55 oyun keçirdim. 7 il bu komandanın şərəfini qorudum və qürur hissi duyuram. Milli xatirələrimi gözəl bir hekayə kimi yadda saxlayacam. Xorvatiya yığmasına seçmə mərhələdə uğurlar arzu edirəm. İnanıram ki, onlar Fransada keçiriləcək Avropa çempionatının final mərhələsində oynayacaqlar. Mən isə təkcə klubumun – “Dinamo”nun heyətində oynamaq istəyirəm.
Qeyd edək ki, AVRO-2016-nın qrup mərhələsində Xorvatiya və Azərbaycan arasında ilk oyun oktyabrın 13-də Osyek şəhərində eyni adlı stadionda keçiriləcək.