Xorvatiyalı futbolçu sabiq klubuna qayıtdı
30.01.2015 - 22:36
Xorvatiyalı futbolçu sabiq klubuna qayıtdı

2012-ci ildən “Volfsburq”da çıxış edən İvitsa Oliç yenidən sabiq klubuna qayıdıb. Apasport.az saytının məlumatına görə, 35 yaşlı futbolçu “Hamburq”a keçib.

 

Xorvatiya millsinin hücumçusu 2016-cı ilə qədər sözügedən klubun şərəfini qoruyacaq. Daha sonra Oliç “Hamburq”un gənclər sektorunda işləyəcək.

 

Qeyd edək ki, 2007-2009 mövsümündə “Hamburq”da forma geyinən İvitsa Oliç 115 matçda oynayıb və rəqib qapılarından 48 qol keçirib.