Topaz Premyer Liqasının XXXIII turunda qarşılaşacaq “Qəbələ” və “Neftçi” meydana itkilərlə çıxacaq. Apasport.az xəbər verir ki, hesabat turunda “Qarabağ”la üz-üzə gələn “ağ qaralar”ın futbolçuları - Erik Ramosla Denis Silva sarı vərəqə limitini doldurduqlarından cəzalı duruma düşüblər. Araz Abdullayev “Sumqayıt”la oyunda etdiyi hərəkətə görə İntizam Komitəsi tərəfindən 3 oyunluq cəzalandığı üçün bu matçı da buraxacaq.
Meydan sahibi olan “Qəbələn”in heyətində isə Daniel Subotiç cəzalıdır. “Simurq”la oyunda sarı vərəqə alaraq limiti dolduran isveçrəli forvard 33-cü turun oyununda iştirak edə bilməyəcək.
Növbəti turda “Bakı”nın qonağı olacaq “Qarabağ”da ciddi itki ilə üzləşib. Komandanın kapitanı Rəşad Sadıqov “zolaqlılar”a qarşı oyunda meydanda olmayacaq. Buna səbəb onun “Neftçi” ilə oyunda sarı vərəqələrinin sayının 4-ə çatdırması olub.