Yalnız “Neftçi” cəzalandı
18.03.2014 - 13:37
Yalnız “Neftçi” cəzalandı

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, Topaz Premyer Liqasının XXVI turunun oyunlarında baş verənləri də müzakirə edən komitə üzvləri müvafiq qərarlar çıxarıb.

 

Son turda qırmızı vərəqə alan və xəbərdarlıq limitini (bir komandaya 4 və daha çox sarı vərəqə) aşan olmadığı üçün Premyer Liqa klublarından yalnız biri cəzalanıb. Belə ki, komitə “Neftçi”ni cəriməyə layiq bilib. Buna AZAL-la ev oyununda azarkeşlərin pirotexniki vasitələrdən istifadəsi səbəb olub. Nəticədə “Neftçi” 1000 manat cərimələnib.