Yaponiya millisindən Prandelliyə təklif
07.02.2015 - 17:41
Yaponiya millisindən Prandelliyə təklif

İtaliya millisinin və “Qalatasaray”ın sabiq baş məşqçisi Çezare Prandelli Yaponiya millisindən təklif alıb. Apasport.az saytının məlumatına görə, italiyalı mütəxəssis bu təklifi geri çevirib.

 

Yaponiya Futbol Federasiyası yığmanın baş məşqçisi postuna 57 yaşlı mütəxəssisi gətirmək istəyib. Lakin Prandelli vaxtının azlığını əsas gətirərək “yox” cavabını verib. Prandellidən əli üzülən yaponlar indi də Luis Felipe Skolari və Leonardoya “elçi düşüblər”.

 

Qeyd edək ki, Asiya Kubokundan sonra Xavyer Agirre vəzifəsindən azad edilmişdi.