Yarım milyona aldı, qiyməti 40 milyon oldu
25.12.2015 - 01:23
Yarım milyona aldı, qiyməti 40 milyon oldu

“Lester”in yarımmüdafiəçisi Riyad Mahrez “Real Madrid”in maraq dairəsnə düşüb. Apasport.az saytının “Mundodeportivo”ya istinadən məlumatına görə, əlcəzairli futbolçu üçün madridlilər 40 milyon avro ödəmək fikrindədilər.

 

Bu mövsüm olduqca məhsuldar çıxış edən oyunçu 13 qolla Premyer Liqanın bombardirləri sırasında liderdi. Bundan əlavə o, 7 dəfə də məhsuldar ötürmə ilə komanda yoldaşlarına fərqlənmək üçün şərait yaradıb.

 

Hər nə qədər “Lester” xavbekin qış fasiləsində satılmayacağını bildirmişdisə də, “kral klubu”nun təklifi olduqca cazibədardı.

 

Qeyd edək ki, bu keçid alınacağı təqdirdə Mahrez bir ildə dəyərini 80 dəfə artırmış olacaq. Belə ki, hazırkı klubu onu ötən mövsüm 500 min avroya “Havr”dan transfer etmişdi.