Braziliyada keçirilən dünya çempionatının bütün yarımfinalçıları müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Braziliya yığması Almaniya, Argentina isə Hollandiya ilə görüşəcək.
1/4 finalda Braziliya Kolumbiya üzərində qələbə qazanıb (2:1), almanlar isə fransızlardan üstün olublar (1:0). Argentina Belçikaya qalib gəlib (1:0), Hollandiya isə penaltilər seriyasında Kosta-Rikanı məğlub edib (4:3).
Artıq komandaların hansı şəhərdə, eləcə də hansı stadionlarda üz-üzə gələcəyi müəyyənləşib.
9 iyul
01:00 Braziliya – Almaniya
Belo Horizonte. “Mineyran” stadionu
10 iyul
01:00 Hollandiya - Argentina
San-Paulo. “Arena de San-Paulo”