Yaşar Seyidov: Bu məbləği ödəyəcəyik
21.06.2014 - 11:50
Yaşar Seyidov: Bu məbləği ödəyəcəyik

“Bakı”da heç bir klubdaxili iclas keçirilməyib. Bu məlumat yanlışdır”. Bunu apasport.az saytına açıqlamasında “Bakı” klubunun icraçı-direktoru Yaşar Seyidov deyib.

Klub rəsmisi növbəti mövsümün hazırlıqları haqqında danışıb: “Baş məşqçimiz Milinko Pantiç ölkəsinə yollanmamışdan öncə göstəriş vermişdi ki, komanda iyunun 25-də Bakıda yığışsın. Hələ ayın 21-idir. Onun dediyi vaxtda futbolçular bir araya gələcək”.

Seyidov bolqar müdafiəçi Aleksandr Tomovski və ukraynalı hücumçu Ruslan Leviqaya olan borcların yaxın günlərdə ödənəcəyini bildirib: “İki futbolçu ilə bağlı problemlərimiz var. Bunu bilirsiniz. Yaxın günlərdə həmin borclar ödənəcək. Klubun prezidenti Hafiz Məmmədova sənədləri təqdim etdik. FİFA tərəfindən bizə verilən müddət bitincə bu məbləğ onlara veriləcək”.
 

0