Yenə ehtiyatda
18.03.2014 - 08:51
Türkiyə çempionatının I liqasında XXX tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, turun son qarşılaşmasında “Fəthiyəspor”la “Manisaspor” qarşılaşıb.
Azərbaycan yığmasının sabiq qapıçısı Davud Kəriminin şərəfini qoruduğu meydan sahibləri bu qarşılaşmada məğlub olub – 0:1. Qolkiperin adı oyunun protokoluna daxil edilsə də, həmyerlimiz elə ehtiyatda qalıb.
Qeyd edək ki, I liqada debüt etməyən Kəriminin komandası 29 oyundan sonra 29 xalla 19 komanda arasında 15-ci pillədə qərarlaşıb.
- "Qalatasaray" Çalhanoğlu üçün hərəkətə keçdi
- Klopp ilk ev oyununda uduzdu – Məsuliyyəti üzərinə götürdü
- İlkay Gündoğan “Qalatasaray”da xoşbəxt deyil – Yanvarda qərar verəcək
- Messi rekordun bir addımlığında – 76-cı cərimə zərbəsi qolu - VİDEO
- İsveç millisində ciddi itki - YIĞMANIN DÜŞƏRGƏSİNDƏN AYRILDI
0
0