[b]Yenə Mustafa Dənizli...[/b]
25.09.2014 - 17:11
“Qalatasaray”ın prezidenti Ünal Aysalın oktyabrın 25-də baş tutacaq seçkilərdə iştirak etməyəcəyini bildirməsi komandaya da təsirini göstərib. Apasport.az saytının məlumatına görə, klub prezidenti dəyişiləcəyi halda, italiyalı baş məşqçi Çezare Prandellinin komandadan göndəriləcəyi iddia olunur.
Belə olacağı təqdirdə, onun yerinə növbəti dəfə “Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Mustafa Dənizlinin gələcəyi bildirilir.
Oktyabrın 25-dək “Qalatasaray”ın Superliqada “Sivasspor” və “Fənərbaxça”, eləcə də Çempionlar Liqasında “Arsenal” və Dortmund “Borussiya”sı ilə oyunları var.
0
0