Yeni komandası Eddi İsrafilova düşmədi, zədə oynamağa imkan vermir
16.08.2015 - 15:28
Millimizin üzvü Eddi İsrafilovun formasını geyindiyi "Eybar" yoxlama oyununda qüvvəsini sınayıb. Apasport.az saytının məlumatına görə, Eddinin komandası "Real Valyadolid"lə üz-üzə gəlib.
Oyun "Eybar"ın 0:1 hesablı məğlubiyyətiylə başa çatıb.
“Eybar”a transfer olunduqdan sonra zədə səbəbindən əvvəlki yoxlama matçlarında meydana çıxmayan İsrafilov bu dəfə də çıxış etməyib.
0
0