Yenidən İsveçə
28.06.2014 - 14:09
Yenidən İsveçə

AZAL-dan ayrılan Samuel Barlay özünə yeni komanda tapıb. Apasport.az saytının məlumatına görə, Syerra-Leone yığmasının sabiq yarımmüdafiəçisi karyerasını Isveçdə davam etdirəcək.

2010-cu ildə Azərbaycana “Sirianska” klubundan gələn afrikalı yenidən sabiq komandasına dönüb. 28 yaşlı futbolçu ölkəmizdə keçirdiyi 4,5 ildə 3 klubun formasını geyib. Batlay “Muğan”, “Rəvan” və AZAL-da üst-üstə 85 çempionat oyununda 7 qol vurub.

Qeyd edək ki, Samjuel son mövsümdə 24 matçda 1 dəfə fərqlənib.