Yığmada iki yeni futbolçu
10.11.2015 - 16:26
Yığmada iki yeni futbolçu

Noyabrın 9-dan etibarən Bakıda təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətində dəyişiklik edilib. Apasport.az saytının məlumatına görə, AVRO-2017-nin seçmə mərhələsində noyabrın 13-də Almaniya, 17-də Rusiya ilə görüşəcək komandadan bir futbolçu kənarlaşdırılıb, ikisi isə cəlb olunub. 

 

“Kəpəz”in oyunçusu Azad Kərimov zədələndiyi üçün heyətdən çıxarılıb. Əvəzində Tellur Mütəllimov (“Zirə”) və Nicat Muxtarov (“Rəvan”) U-21-in hazırlıq prosesinə qatılıb.