Yığmada yeni baş məşqçi
02.08.2014 - 12:39
Yığmada yeni baş məşqçi

Fil Dişi Sahili yığmasının yeni baş məşqçisinin adı açıqlanıb. Apasport.az saytının məlumatına görə, Afrika təmsilçisinin “sükanı” fransalı Herve Renarda həvalə olunub.

 

Son mövsümdə “Soşo”nu çalışdıran 45 yaşlı mütəxəssis bu postda həmyerlisi Sabri Lamuşini əvəzləyib. Onunla müqavilənin müddəti isə hələlik açıqlanmayıb. Lakin Renardın azı 2 il Fil Dişi Sahilini çalışdıracağı istisna edilmir.

 

Qeyd edək ki, Lamuşi Braziliyada başa çatan dünya çempionatında komandasının uğursuz çıxışından sonra istefa vermişdi.