Yığmamız “Baltic Cup” turnirinə qələbəylə başladı
21.08.2015 - 14:49
Latviyanın paytaxtı Riqa şəhərində təşkil olunmuş “Baltic Cup” turnirinə start verilib. Apasport.az saytının məlumatına görə, 19 yaşadək qızlardan ibarət Azərbaycan yığması ilk oyununu keçirib.
Litvanın müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşan komandamız qələbə qazanıb – 1:0. Qolu Yaiza Relea vurub.
Yığmamız növbəti oyununu avqustun 22-də Latviya komandasına qarşı keçirəcək.
0
0