Yığmamız Belarusla bacarmadı
18.02.2015 - 09:00
Futzal üzrə Azərbaycan milli komandası yoldaşlıq oyunu keçirib. Apasport.az saytının məlumatına görə, Belarusda təlim-məşq toplanışında olan yığmamız bu ölkənin millisi ilə üz-üzə gəlib.
Qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Azərbaycan millisinin qolunu Fineo De Araujo vurub.
Qeyd edək ki, bu gün Bakı vaxtı ilə saat 20:00-da bu komandalar arasında daha bir yoldaşlıq oyunu keçiriləcək.
0
0