Yığmamız Belarusla heç-heçə etdi
19.02.2015 - 11:47
Yığmamız Belarusla heç-heçə etdi

Futzal üzrə Azərbaycan milli komandası yoldaşlıq oyunu keçirib. Apasport.az saytının məlumatına görə, Belarusda təlim-məşq toplanışında olan yığmamız bu ölkənin millisi ilə 2-ci dəfə üz-üzə gəlib.

 

İlk qarşılaşmada 1:2 hesabı ilə uduzan Faustino Peresin yetirmələri bu dəfə heç-heçəylə kifayətlənib – 2:2. Yığmamızın hər iki qolunu braziliyalılar vurub. 7-ci dəqiqədə Auqsuto hesabı açsa da, fasiləyədək meydan sahibləri tarazlığı bərpa edib. İkinci hissədə belaruslular önə keçdikdən sonra Eduardo 29-cu dəqiqədə bərabərlik qoluna imza atıb.

 

Qeyd edək ki, Minskin AMPİD idman kompleksində keçirilən oyunu yerli hakimlər idarə edib.