Yığmamız Bosniya və Herseqovinanı darmadağın etdi
18.06.2014 - 08:36
Yığmamız Bosniya və Herseqovinanı darmadağın etdi

17 yaşadək qızlardan ibarət Azərbaycan yığması Bosniya və Herseqovinanın Sarayevo şəhərində təşkil olunmuş UEFA-nın inkişaf mini-turnirində ilk oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Bosniya və Herseqovina yığması ilə qarşılaşan yığmamız 4:0 hesabı ilə qələbə qazanıb.

 

Qolları Kristina Bakarandze, Çağla Kanpara, Gizem Tenekeçi və Dilgə Uyğun vurub.

 

Mənbə: affa.az