Yığmamız Finlandiya ilə heç-heçə etdi
20.02.2015 - 23:20
Finlandiyada təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmamız bu gün yoldaşlıq oyunu keçirib. Apasport.az saytının məlumatına görə, komandamız “Eerikkila Sports Institute” stadionunda Finlandiyanın müvafiq yaş qrupuna aid yığma komandası ilə üz-üzə gəlib.
Oyun 2:2 hesabı ilə başa çatıb.
Millimizin qollarını Elnur Süleymanov və İlkin Sadıqov vurub.
affa.az
0
0