Yığmamız Gürcüstana qalib gəldi
06.02.2015 - 13:41
Yığmamız Gürcüstana qalib gəldi

19 yaşadək qızlardan ibarət Azərbaycan millisi yoxlama oyunu keçirib. Apasport.az saytının məlumatına görə, yığmamız Gürcüstan millisini sınağa çəkib.

 

“Bakı”nın təlim-məşq bazasında baş tutan görüşdə futbolçularımız daha üstün oyun nümayiş etdirib. Nəticədə millimiz bu matçda 2:0 hesabı ilə qalib gəlib.

 

Qeyd edək ki, Azərbaycan və Gürcüstan milliləri fevralın 8-də ikinci dəfə üz-üzə gələcək.