Yığmamız I divizion klubuna 2 qol vurdu
01.06.2015 - 11:44
19 yaşadək futbolçularda ibarət Azərbaycan millisi 2 yoxlama oyunu keçirib. Apasport.az saytının məlumatına görə, mayın 29-dan 31-ə qədər Bakıda təlim-məşq toplanışında olan yığmamız I divizion təmsilçisi “Şuşa Qarabağ”la matçlarda qüvvəsini sınayıb.
Seleksiya xarakterli toplanış çərçivəsindəki hər iki qarşılaşmada millimiz qol sevinci yaşayıb. Nazim Süleymanovun yetirmələri ilk oyunda 1:2 hesabı ilə məğlub olsa da, növbəti qarşılaşmada qələbə qazanıb – 1:0.
Mənbə: affa.az
0
0