Yığmamız Latviya ilə yoldaşlıq oyunu keçirəcək
16.07.2014 - 14:34
Yığmamız Latviya ilə yoldaşlıq oyunu keçirəcək

17 yaşadək futbolçulardan ibarət yığmamızın Latviyanın paytaxtı Riqada təlim-məşq toplanışı təşkil olunacaq. Apasport.az AFFA-nın saytına istinadən xəbər verir ki, toplanış iyulun 20-dən 30-dək keçiriləcək.

 

Mirbağır İsayevin yetirmələri 10 günlük hazırlıq prosesi müddətində Latviyanın müvafiq yaş qrupuna aid komandası ilə 2 yoldaşlıq oyununda qüvvəsini sınayacaq.