Yığmamız məğlubiyyətlə başladı
13.08.2014 - 08:04
17 yaşadək qızlardan ibarət Azərbaycan yığması Estoniyanın paytaxtı Tallinndə təşkil olunmuş UEFA-nın inkişaf mini-turnirində ilk oyununu keçirib. Apasport.az saytının məlumatına görə, yığmamız Farer adaları millisi ilə qarşılaşıb.
Futbolçularımız bu matçda 0:1 hesabı ilə məğlub olub. Yığmamız turnirdə növbəti oyununu avqustun 13-də Türkiyəyə qarşı keçirəcək.
Mənbə: affa.az
0
0