Futzal üzrə milli komandaların növbəti reytinq siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, cədvəldə dünyanın 151 yığması yer alıb.
Bu komandalardan 101-i əsas siyahıya daxil edilib. Digər 50 milli isə son 2 ildə kifayət qədər oyun keçirmədiyindən cədvələ şərti olaraq salınıb.
Hesabında 1391 xal olan Azərbaycan yığması siyahıdakı mövqeyini qoruyub. Millimiz ötən reytinq cədvəlində qərarlaşdığı 10-cu pillədə qalıb.
1. Braziliya - 1928
2. İspaniya - 1915
3. İtaliya - 1771
4. Rusiya – 1739
5. Argentina – 1641
6. Portuqaliya - 1616
7. İran - 1602
8. Ukrayna – 1460
9. Yaponiya - 1413
10. AZƏRBAYCAN – 1391