Yığmamız qrupda sonuncu oldu
30.03.2015 - 08:34
Yığmamız qrupda sonuncu oldu

16 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Portuqaliyada keçirilən beynəlxalq turnirdə çıxışını başa vurub. Apasport.az saytının məlumatına görə, komandamız son turda Porto regionunun yığması ilə qarşılaşıb.

 

İlk iki oyunda məğlubiyyətə üzülən Təbriz Həsənovun yetirmələri bu dəfə meydanı 1 xalla tərk edib – 1:1. Bunadək Portuqaliyaya 0:5, Rusiyaya 0:1 hesabı ilə məğlub olan komandamız yarışı 4-cü pillədə başa vurub.

 

Rusiya üzərində 2:1 hesablı qələbə qazanan Portuqaliya millisi isə turnirin qalibi adını qazanıb.

 

1

Portuqaliya

3

3

0

0

8-1

9

2

Rusiya

3

2

0

1

4-3

6

3

Portu region yığması

3

0

1

2

2-4

1

4

Azərbaycan

3

0

1

2

1-7

1