Millimiz Riqaya gedəcək
17.08.2015 - 08:59
19 yaşadək qızlardan ibarət Azərbaycan yığması beynəlxalq turnirdə çıxış edəcək. Apasport.az saytının məlumatına görə, yığmamız Latviyanın paytaxtı Riqa şəhərində təşkil olunacaq “Baltic Cup” turnirində qüvvəsini çıxacaq.
Yığmamız turnirdə meydan sahibləri, həmçinin Litva və Estoniya ilə mübarizə aparacaq.
21 avqust
13:00. Litva – Azərbaycan
22 avqust
20:00. Latviya – Azərbaycan
23 avqust
13:00. Estoniya – Azərbaycan
Qeyd edək ki, oyunların başlanma saatı Bakı vaxtı ilə göstərilib.
Mənbə: affa.az
0
0