Yığmamız ruslara məğlub oldu
18.02.2015 - 18:44
Yığmamız ruslara məğlub oldu

Bu gün “Əlincə” stadionunda 17 yaşadək futbolçulardan ibarət Azərbaycan və Rusiya yığmaları arasında yoldaşlıq oyunu keçirilib. Apasport.az saytının məlumatına görə, qarşılaşma komandamızın məğlubiyyəti ilə başa çatıb.

 

Ruslar millimizə 2:1 hesabı ilə qalib gəliblər.

 

Qeyd edək ki, fevralın 20-də “Bakcell Arena”da bu komandalar arasında daha bir yoldaşlıq oyunu keçiriləcək.

Mənbə:affa.az