Yığmamız Tacikistana uduzdu
25.06.2014 - 12:54
Yığmamız Tacikistana uduzdu

Azərbaycan yığması (U-17) Qazaxıstanın Astana şəhərində təşkil olunmuş “Prezident kuboku” turnirində bu gün ilk oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Tackistan komandası ilə qarşılaşan yığmamız 1:2 hesabı ilə məğlub olub. Komandamızın qolunu Emil Əliyev vurub.

 

Futbolçularımız turnirdə növbəti oyununu iyunun 27-də, Bakı vaxtı ilə saat 15:00-da İspaniya yığmasına qarşı keçirəcək.

 

Qeyd edək ki, bu yığmamız “Caspian Cup”da 3-cü yer uğrunda taciklərə 4:0 hesabı ilə qalib gəlmişdi.

 

Mənbə: affa.az