Yığmamız üçün 5 günlük hazırlıq
11.04.2014 - 11:16
17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının hazırlıq planı açıqlanıb. Apasport.az saytının məlumatına görə, millimiz 11-ci beynəlxalq "Delle Nazioni" turnirinə hazırlıq məqsədilə toplanış keçirəcək.
Aprelin 23-dən mayın 2-dək davam edəcək yarış öncəsi baş məşqçi Nikolay Adam yetirmələrinə 5 gün təlim keçəcək. Aprelin 18-22-də keçiriləcək toplanış Bakıda baş tutacaq.
Mənbə: affa.az
0
0