Azərbaycan millisinin futzal üzrə Avropa çempionatının pley-off mərhələsindəki oyunlarının hakimləri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, yığmamızın Slovakiya ilə qarşılaşmalarını Sloveniya və Finlandiyadan olan ədalət təmsilçiləri idarə edəcək.
Sentyabrın 15-də Bakıda baş tutacaq ilk qarşılaşmada sloveniyalılar Admir Zahoviç və Borut Şiviç fit çalacaq. Ayın 22-də Trnavada keçiriləcək cavab oyununda Timo Onatsu və Toni Lehtinen ədaləti qoruyacaq.
AVRO-2016-nın pley-off mərhələsi
İlk oyun
15 sentyabr
21:00. Azərbaycan – Slovakiya
Hakimlər: Admir Zahoviç, Borut Şiviç (hər ikisi Sloveniya)
Bakı. İdman Sarayı
Cavab oyunu
22 sentyabr
22:00. Slovakiya – Azərbaycan
Hakimlər: Timo Onatsu, Toni Lehtinen (hər ikisi Finlandiya)
Trnava. Şəhər İdman Zalı