Yığmamızdan 2-ci qələbə
06.08.2014 - 11:01
Yığmamızdan 2-ci qələbə

Avstriyada təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib. Apasport.az saytının məlumatına görə, "Rapid" (Vyana) klubunun U-19 komandası ilə qarşılaşan yığmamız 1:0 hesabı ilə qələbə qazanıb. Qolu Mirkamil Həşimli vurub.

 

Xatırladaq ki, toplanış çərçivəsində ilk yoldaşlıq oyununu xorvatiyalı həmyaşıdları ilə keçirən futbolçularımız 1:0 hesabı ilə qələbə qazanmışdı.

 

Mənbə: affa.az