Yığmamızdan antirekord
18.09.2014 - 12:31
Yığmamızdan antirekord

Azərbaycan yığması FİFA reytinqində antirekorda imza atıb. Apasport.az saytının məlumatına görə, bu gün açıqlanan siyahıda planetin 95-cisi olan yığmamız 22 pillə geriləyib.

 

Bu isə yığmamızın FİFA reytinqi tarixində heç vaxt bu qədər geriləməmişdi. İndi 73-cü pillədən 95-ciyə enən yığmamız bu siyahıdakı 20 illik tarixində ən pis halda 20 addım aşağı yuvarlanmışdı.

 

Bu da 2011-ci ilin oktyabrında qeydə alınmışdı. Berti Foqtsun yetirmələri onda 97-ci yerdən 117-ciyədək düşmüşdü. 3-cü ən pis nəticə isə 18 pillə geriləməkdir. Buna 2008-ci ilin aprelində təsadüf olunub. 6 il əvvəl 119-cu yerdən aşağı yuvarlanan komandamız 137-ci olmuşdu.

 

Qeyd edək ki, millimizin ən böyük irəliləyişi 21 pilləlik sıçrayışdır.