Yığmamızdan yenə eyni hesab
28.11.2015 - 13:58
Yığmamızdan yenə eyni hesab

Maltada təlim-məşq toplanışında olan 19 yaşadək qızlardan ibarət Azərbaycan yığması növbəti yoldaşlıq matçına çıxıb. Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, rəqib meydan sahiblərinin U-19 komandası olub.

 

İkinci dəfə maltalı həmkarları ilə qarşılaşan millimiz meydançanı 0:0 hesablı bərabərliklə tərk edib.

 

Qeyd edək ki, bu komandalar arasında noyabrın 25-də keçirlmiş oyunda da hesab açılmamışdı.