Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən Valentin Qranatkinin xatirəsinə həsr olunan ənənəvi beynəlxalq turnirin tarixi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, son illər Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət yığmasının da qatıldığı yarış 2016-cı il yanvarın 2-də start götürəcək.
Ayın 13-dək davam edəcək yarışda 1998-ci il təvəllüdlü futbolçular mübarizə aparacaq. Turnirin qarşılaşmaları Peterburq İdman Konsert Kompleksində baş tutacaq.
Yarışa qatılacaq komandaların tam siyahısı açıqlanmadığından millimizin turnirdə iştirakı hələ tam rəsmiləşməyib. Lakin Bu turnirdə 2009-cu ildə debüt edib, ardıcıl 7 dəfə yarış iştirakçısı olan komandamızın yenə mükafatlar uğrunda mübarizəyə qoşulacağı gözlənilir.
- "Qalatasaray" Çalhanoğlu üçün hərəkətə keçdi
- Klopp ilk ev oyununda uduzdu – Məsuliyyəti üzərinə götürdü
- İlkay Gündoğan “Qalatasaray”da xoşbəxt deyil – Yanvarda qərar verəcək
- Messi rekordun bir addımlığında – 76-cı cərimə zərbəsi qolu - VİDEO
- İsveç millisində ciddi itki - YIĞMANIN DÜŞƏRGƏSİNDƏN AYRILDI