19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin İran yığması ilə bu gün keçirilən qarşılaşmadakı ən yaxşı futbolçusu müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Rusiyanın Soçi şəhərində keçirilən “Kuban baharı” turnirinin 9-12-ci yerlər uğrunda mübarizə aparan qrupunun II turu çərçivəsində baş tutan görüşdə Şəfəq Nəsirova ən yaxşı təmsilçimiz olub.
Gənc futbolçu komandamızın 0:1 hesabı ilə uduzduğu matçın fərqlənənlərindən biridir. İran millisində isə Məlikə Motavali hamıdan yaxşı olub.
Qeyd edək ki, son turda Türkiyə ilə görüşəcək millimiz həmin matçın nəticəsindən asılı olmayaraq 12-ci yeri tutub.
Yığmamızın ən yaxşısı müəyyənləşdi
27.03.2014 - 17:07
0
0