“Fortuna”nın əsas komandasında oynamadığım üçün bir az məyusam”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan millisinin futbolçusu Tuğrul Erat deyib.
Almaniyanın “Fortuna” (Düsseldorf) klubunun şərəfini qoruyan hücumçu II Bundesliqanın ilk turunun “Ayntraxt”la (Braunşveyq) oyununda heyətə düşməyib. Əvəzində ikinci komandanın “Köln-2” ilə görüşündə (3:1) meydana çıxan Erat əsas heyətə lazım olmamasına münasibət bildirib: “Lakin heç kimə əsəbiləşmirəm. Həmişə oynamaq istəyirəm. Fərqi yoxdur, istər əsas, istər ikinci komanda olsun. Mən hücumçuyam. Bu üzdən də borcum qol vurmaqdır. Ümid edirəm ki, yenidən əsas komandada qol vuracam”.