Yığmamızın heyəti açıqlandı
02.05.2014 - 17:52
Yığmamızın heyəti açıqlandı

Mayın 6-dan 10-dək  Bakıda 19 yaşadək futbolçulardan ibarət yığmamızın seleksiya xarakterli təlim-məşq toplanışı keçiriləcək. Apasport.az AFFA-nın saytına istinadən xəbər verir ki, almaniyalı baş məşqçi Nikolay Adam 25 futbolçuya dəvət göndərib.

 

Dəvətlilər arasında biri Qazaxıstan və üçü Rusiya olmaqla, 4 ölkə xaricində çıxış edən futbolçu da var: Nurlan Quluzadə, Əmrah Paşalı, Elməddin Məmmədov, Kamran Nəcəfzadə (hamısı “Neftçi”), Səbuhi Əliyev, Budaq Nəsirov, Ülvi Süleymanov, Yusif Hakimov (hamısı “Bakı”), Cavid Əsgərov, Elton Xudadatov (hər ikisi “Qəbələ”), Əlibəy Məmmədli, Anar Həsənov (hər ikisi “Rəvan”), Elnur Süleymanov, Mənsur Nəhavəndi, İsgəndər Paşalı (hər üçü “İnter”), Emin Mirzəliyev (Turan), Fərid Kərimzadə, Ramin Orucov (hər ikisi “Sumqayıt”), Ruslan Muradov (Simurq), Əli Babayev (Şuşa), Əfsər Məmmədov (Lokomotiv), Akif Həsənov (“Şaxtyor”, Qazaxıstan), Rövşən Qasımov (“Amkar”, Rusiya), Ruslan Qəribov ( FSM Moskva, Rusiya), Mehman Behbudov (“Smena”, Rusiya).