Yığmamızın heyətində dəyişiklik
17.02.2015 - 10:00
19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin heyətində dəyişiklik edilib. Apasport.az saytının məlumatına görə, Qismət Əliyev Avropa çempionatının elit-raunduna hazırlıq məqsədilə keçiriləcək təlim-məşq toplanışlarında qatılmayacaq.
Buna səbəb “Qəbələ” klubundan yığmaya çağırılmış futbolçunun zədəli olmasıdı. O, bu gündən fevralın 22-dək Finlandiyanın Helsinki, fevralın 23-dən 28-dək isə İrlandiyanın Dublin şəhərlərində hazırlıq keçəcək yığmanın hazırlığında iştirak edə bilməyəcək.
Mənbə: affa.az
0
0