Sabah 19 yaşadək futbolçulardan ibarət yığma komandamızın seleksiya xarakterli toplanışı başlayacaq. Apasport.az AFFA-nın saytına istinadən xəbər verir ki, baş məşqçi Nikolay Adamın ötən həftə açıqladığı 25 nəfərlik heyətdə dəyişiklik olunub.
Belə ki, zədəli olduğu üçün “Simurq”dan dəvət olunmuş yeganə futbolçu Ruslan Muradov heyətdən çıxarılıb. Onun yerinə isə “Qəbələ”dən Yusif Nəbiyev toplanışa cəlb olunub. Bununla da “Qəbələ”dən milliyə çağırılmış futbolçuların sayı 3-ə çatıb.
Qeyd edək ki, U-19-un seleksiya xarakterli toplanışı Bakıda baş tutacaq. Hazırlıqlar mayın 10-dək davam edəcək.