Yığmamızın məşqçiləri avrokubok oyunlarında
04.08.2014 - 10:12
Azərbaycan milli komandasının məşqçiləri klublarımızın avrokubokdakı oyunlarını izləyəcəklər. Apasport.az saytının məlumatına görə, Berti Foqtsun köməkçisi Aslan Kərimov UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində keçiriləcək “Zaltsburq” – “Qarabağ” oyunu ilə bağlı Avstriyaya səfər edəcək.
Baş məşqçinin digər yardımçısı Mahmud Qurbanov isə UEFA Avropa Liqasının təsnifat mərhələsinin “Çixura” (Gürcüstan) – “Neftçi” qarşılaşmasını izləyəcək.
Qeyd edək ki, Azərbaycan çempionu avqustun 6-da, ölkə kubokunun sahibi isə 2 gün sonra meydana çıxacaq.
Mənbə: affa.az
0
0