Yığmamızın müdafiəçisi Türkiyədə 90 dəqiqə oynadı
28.11.2015 - 12:31
Yığmamızın müdafiəçisi Türkiyədə 90 dəqiqə oynadı

Azərbaycan yığmasının müdafiəçisi Ufuk Budak Türkiyədə növbəti matçına çıxıb. Apasport.az saytının məlumatına görə, 25 yaşlı futbolçunun komandası “Qaziantep BB” PTT I liqasının XIII turunda “Elazığspor”u qəbul edib.

 

Qarşılaşma meydan sahiblərinin üstünlüyü şəratində keçib. Nemanya Kojiç (31) və Umut Sönmezin (57) qolları qazianteplilərə 2:0 hesablı qələbə qazandırıb. Müdafiənin sol cinahında yer alan Ufuk 90 dəqiqə mübarizə aparıb.

 

Qeyd edək ki, bu nəticədən sonra xallarının sayını 21-ə çatdıran “Qaziantep BB” turnir cədvəlində 5-ci pilləyə yüksəlib.